Türkiyə millisinin müdafiəçisi İstanbulda necə qarşılandı? - VİDEO

28 Yanvar 2024 00:00 İspaniya 749
Türkiyə millisinin müdafiəçisi İstanbulda necə qarşılandı? - VİDEO

“Atletiko” klubunda çıxış edən Türkiyə millisinin üzvü Çağlar Söyüncü “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.

Sportinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O, yeni komandasının çempion olacağına inandığını bildirib:

“Türkiyə xalqı hər zaman arxamda dayandı, mənə dəstək oldu. Burada hər kəslə münasibətlərimiz yaxşıdır. Ümid edirəm ki, bu yolun sonunda çempionluq var”.

Çağlar Söyüncü “Fənərbaxça”da icarə əsasında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!