"Onun bura qayıtması ilə bağlı yayılan xəbərlər doğru deyil"

27 Yanvar 15:20 İspaniya 269
"Onun bura qayıtması ilə bağlı yayılan xəbərlər doğru deyil"

"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti "Əl-İttihad"ın hücumçusu Kərim Benzemanın İspaniya nəhənginə mümkün qayıdışı ilə bağlı yayılan xəbərləri təkzib edib.

Sportinfo.az xəbər verir ki, “Mundo Deportivo”ya açıqlama verən italiyalı mütəxəssis belə danışıb:

"Benzemanın “Real”a qayıtması ilə bağlı yayılan xəbərlər doğru deyil. Bu, sadəcə yalandır. Mən klubla Benzema və onun mümkün qayıdışı barədə danışmamışam".

Daha əvvəl Ançelottinin rəhbərliyi Benzemanı geri qaytarmaq üçün dilə tutduğu bildirilirdi.

Fransalı forvard ötən yay azad agent kimi “Əl-İttihad”a keçmişdi. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti