“Real”a qayıdacaq? - KƏRİM

27 Yanvar 10:00 İspaniya 821
“Real”a qayıdacaq? - KƏRİM

“Əl-İttihad”ın hücumçusu Kərim Benzemanın qardaşı futbolçunun “Reala” qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Benzemanın qardaşı həmin məlumatları “saxta xəbərlər” adlandırıb.

Daha əvvəl bildirilirdi ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın keçmiş hücumçusu Benzemanı geri qaytarmaqda israrlıdır.

Benzema ötən yay azad agent kimi “Əl-İttihad”a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyuna çıxıb, 15 qol vurub və 5 qolun ötürməsini verib.

Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti