“Barselona” 4 qol “yedi“, kubokda mübarizəni dayandırdı - VİDEO

25 Yanvar 15:20 İspaniya 278
“Barselona” 4 qol “yedi“,  kubokda mübarizəni dayandırdı - VİDEO

İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Atletik” doğma meydanda “Barselona”nı qəbul edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma “San-Mames” stadionunda keçirilib.

Matçda meydan sahibləri qalib gəliblər - 4:2. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac yaranıb.

“Atletik”in heyətində Qorka Quruseta və Oyan Sanse fərqləniblər. “Barsa”dan isə Robert Levandovski və Lamin Yamal rəqib qapısına yol tapıblar.

106-cı dəqiqədə İnyaki Uilyams “Atletik”i hesabda önə çıxarıb. Görüşdə son nöqtəni 120-ci dəqiqədə N.Uilyams qoyub.

Beləliklə, “Atletik” kubokun yarımfinalına vəsiqə qazanıb, “Barselona” isə turnirlə vidalaşıb.

“Atletik” – “Barselona” 4:2
Qollar: Quruzeta, 1, Sanset, 49, İniaki Villiams, 105+2, Niko Villiams, 120+1 - Levandovski, 26, Yamal, 32

Digər Xəbərlər
Xəbər Lenti