“Öz adımdan deyirəm ki, bu, həqiqətən çətin olacaq” - “Barsa”nın prezidenti

24 Yanvar 2024 22:00 İspaniya 603
“Öz adımdan deyirəm ki, bu, həqiqətən çətin olacaq” - “Barsa”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta La Liqa çempinluğu uğrunda gedən mübarizədən danışıb.

Sportinfo.az xəbər verir ki, klub prezidenti komandasının çempion olacağını düşündüyünü deyib:

“Xavi çempionluğu qazanmağın bizim üçün çətin olacağını söyləmişdi. Mən həmişə Xavi ilə razıyam.

Öz adımdan deyirəm ki, həqiqətən çətin olacaq. Amma çempionluğu qazanacağıq. Əminəm ki, “Barselona” qalib gəlmək üçün favorit olacaq”.

Hazırda turnir cədvəlində “Jirona” 52 xalla (21 oyun) liderdir, “Real” 51 xalla (20 oyun) 2-ci, “Barselona” isə 44 xalla (20 oyun) 3-cüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti