"Mançester Yunayted"dən onu transfer etmək istəyir - "Barselona"

24 Yanvar 2024 18:20 İspaniya 727
"Mançester Yunayted"dən onu transfer etmək istəyir -

"Barselona" Meyson Qrinvudu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi "Xetafe"də icarə əsasında çıxış edən ingilis hücumçu üçün danışıqlara başlayıb.

22 yaşlı oyunçu üçün mübarizədə ən israrlı olan kataloniyalılardır.

O, mövsümün sonunda “Xetafe”dən “Mançester Yunayted”ə qayıdacaq. Qrinvudun İngiltərə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

22 yaşlı futbolçu "Mançester Yunayted"in yetirməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!