“Real”ın hakimlərə təzyiq göstərdiyini iddia edir - “Barselona”nın prezidenti

23 Yanvar 2024 22:00 İspaniya 654
“Real”ın hakimlərə təzyiq göstərdiyini iddia edir - “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta “Real”ın hakimlərə qarşı davranışından narazıdır.

Sportinfo.az xəbər verir ki, klub prezidenti bu narazılığını bildirmək üçün hakimlər komitəsinin səlahiyyətlərini icra edən Pedro Roşa ilə əlaqə saxlayıb.

Laporta israrla bildirib ki, Madrid klubu televiziyası ispan hakimlərin oyundan sonrakı hərəkətlərini təhlil edərək onlara ciddi təzyiq göstərir.

Həmçinin Kataloniya klubunun prezidenti hakimlər korpusunu da “Real”ın təzyiqlərinə cavab vermədiyi üçün passivlikdə ittiham edib. Laporta xüsusilə də İspaniya La Liqasının 21-ci turunda “Real” – “Almeriya” (3:2) matçında hakimlərin ev sahiblərinin xeyrinə qərarlar verdiyini düşünür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti