“Real”ın baş məşqçisi Karlo Ançelotti “Benfika” və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandeslə müqavilə imzalanmasını istəyir.
Sportinfo.az xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres isə son dünya çempionu üçün 120 milyon avro ödəmək istəmir.
Öncədən PSJ-nin və “Liverpul”un da DÇ-2022-nin qalibi ilə maraqlandığı bildirilirdi.
Fernandesin “Benfika” ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. O, bu mövsüm Portuqaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçu DÇ-2022-nin ən yaxşı gənc oyunçusu seçilib.

