Paytaxt klubu "qış pəncərəsi"ndə futbolçunu satmaq niyyətindədir

23 Dekabr 2022 15:40 İspaniya 606
Paytaxt klubu "qış pəncərəsi"ndə futbolçunu satmaq niyyətindədir

“Atletiko” müdafiəçisi Felipe ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə Braziliya klubları və İngiltərə Premyer Liqa təmsilçisi “Vulverhempton” maraqlanır.

Paytaxt klubu qış transfer pəncərəsində futbolçunu satmaq niyyətindədir. Çünki o, baş məşqçi Dieqo Simeonenin planlarına daxil deyil.

Felipe bu mövsüm “Atletiko”nun heyətində 3 oyuna çıxıb və fərqlənə bilməyib. O, 2019-cu ilin iyulundan Madrid klubunda çıxış edir.

“Sambaçı”nın klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti