"Lester Siti"nin müdafiəçisi Çağlar Söyüncü növbəti mövsümdən etibarən karyerasını İspaniyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu "Atletiko"ya keçəcək.
Türkiyə millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsi yayda bitir. Mərkəz müdafiəçisi "Atletiko"ya azad agent statusu ilə keçəcək.
"Lester Siti" Çağlar Söyüncünü 2018-ci ilin yayında "Frayburq"dan transfer edib. Türk futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 2 oyunda meydana çıxıb.

