“Real”a transferi onun üçün ən yaxşı qərar olar” - Kərimə əvəzləyici tapdılar

14 Dekabr 2022 18:20 İspaniya 773
“Real”a transferi onun üçün ən yaxşı qərar olar” -  Kərimə əvəzləyici tapdılar

Niderland millisinin sabiq hücumçusu Rene van de Kerkhof PSV-nin forvardı Kodi Qakpo barədə açıqlama verib.

Sportinfop.az xəbər verir ki, o, 23 yaşlı hücumçunun İspaniyanın “Real” klubuna transferi ilə bağlı etibarlı mənbələrdən məlumat aldığını bildirib:

“Mənim İspaniyada etibarlı mənbələrim var, “Real” Qakponu Kərim Benzemanın əvəzləyicisi kimi almaq istəyir.

Yayda Kodi hansı kluba gedəcəyini seçəcək. Düşünürəm ki, “Real”a transfer olunması onun üçün ən yaxşı qərar olar”.

Niderlandlı futbolçu ilə “Mançester Yunayted” və “Liverpul”un da maraqlandığı bildirilir.

Qakpo bu mövsüm PSV-nin heyətində 24 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR