İspaniya millisinin keçmiş çalışdırıcısı Luis Enrike klub karyerasını bərpa edə bilər.
Sportinfo.az xəbər verir ki, hazırda ispaniyalı mütəxəssis bu barədə rəsmi təklif almayıb.
O, sonuncu dəfə 2014-2017-ci illərdə “Barselona”nı çalışdırıb.
Enrike 2019-cu ildən İspaniya yığmasının baş məşqçisi olub.
Onun rəhbərliyi altında Mərakeşə oyunsonrası penaltilərdə uduzan “buğalar” DÇ-2022-də mübarizəni dayandırıb. Bu səbəbdən, Enrikenin milli komanda ilə yolları ayrılıb.
İspaniya millisinin yeni baş məşqçisi Luis de la Fuente olub.

