Qurban Qurbanov: "Bu, şok olmadı, bacarmırsa, istədiyi nəticəni əldə edə bilməyəcək"

9 Dekabr 2022 00:50 İspaniya 610
Qurban Qurbanov: "Bu, şok olmadı, bacarmırsa, istədiyi nəticəni əldə edə bilməyəcək"

"İspaniya yığmasının mundialdan kənarda qalması şok olmadı. Futbol sürprizlərlə doludur".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniya millisinin Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə uduzaraq mübarizəni dayandırması barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar ispan futbolu deyəndə ağıla ancaq ötürmələr gəlir:

"Hər bir fəlsəfəni həyata keçirə bilmək üçün bacarıqlı oyunçular olmalıdır. Bu gün İspaniya yığmasında 1-2 nəfəri çıxmaqla qalanları gənclərdir.

Bu, Avropa və dünya çempionu olmuş komandadır. Sadəcə, həmin vaxt oyunçuları, oyun üslubları başqa idi.

Bir komanda yaxşı ötürmə edə bilmirsə, heç bir vəzifəni yerinə yetirə bilməz. Hər bir oyunçu, hətta müdafiə olunan komanda belə, topla oynamağı bacarmırsa, istədiyi nəticəni əldə edə bilməyəcək".

Digər Xəbərlər
Xəbər Lenti