“Mən futbol fanatı deyiləm və matçlara baxmağı sevmirəm” - Millinin oyunçusu

3 Dekabr 2022 00:10 İspaniya 868
“Mən futbol fanatı deyiləm və matçlara baxmağı sevmirəm” - Millinin oyunçusu

“Mən futbol fanatı deyiləm və matçlara baxmağı sevmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu İspaniya yığmasının və “Manşester Siti”nin müdafiəçisi Emerik Laport deyib.

Hazırda ölkəsinin milli komandasının heyətində mundialda olan 28 yaşlı oyunçu DÇ-nin digər matçlarını da izləmədiyini bildirib:

“Mən həmişə futbol oynamışam. Çünki bu oyunu oynamağı sevirəm. Yazılanlar, haqqımda deyilənlər də məni maraqlandırmır, qıcıqlandırmır.

Çünki nə qədər az baxsam, yaxşıdır. Bəzən ailəm zəng edir ki, “Mançester Siti”nin oyunu saat neçədədir? Deyirəm ki, xəbərim yoxdur”.

Qeyd edək ki, İspaniya yığması dünya çempionatının 1/8 final mərhələsində Mərakeşlə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR