"Barselona" 16 yaşlı hücumçunu heyətinə qatmaq istəyir

1 Dekabr 2022 12:20 İspaniya 879
"Barselona" 16 yaşlı hücumçunu heyətinə qatmaq istəyir

Braziliyanın "Palmeyras" klubunda çıxış edən Endrik daha bir Avropa nəhənginin transfer siyahısına düşüb.

Sportinfo.az xəbər verir ki, "Barselona" 16 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandes gənc forvardı transfer etmək istədiklərini bildirib:

"Endrikin atası və həmçinin oyunçu ilə danışdıq. Mən onlara layihəmi izah etdim.

Biz onu istəyirik, o, istedaddlı futbolçudur. Endrik bizə lazım olan oyunçu növüdür. Ümid edirəm "Barselona"ya keçər. Qərar vermək onun ixtiyarındadır”.

"Real", "Çelsi" və PSJ də Endriki transfer etmək uğrunda mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR