“Qrupdan lider çıxacağıq, gördüyümüz işdən tam əminik”

29 Noyabr 2022 00:00 İspaniya 325
“Qrupdan lider çıxacağıq, gördüyümüz işdən tam əminik”

İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-ni qrup mərhələsinin 2-ci turunda Almaniya ilə heç-heçə etdikləri matç (1:1) barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis deyib:

“Matçı nəzərdən keçirəndə oyunumuzu indi hiss etdiyimdən daha çox bəyənəcəyəm. Əgər bizə DÇ-2022-nin iki turundan sonra qrupa rəhbərlik edəcəyimizi,

hər şeyin bizdən asılı olacağını, pley-offa çıxmağımız üçün heç-heçənin belə kifayət edəcəyini desəydilər...

İlk hissədə daha yaxşı çıxış edirdik, lakin matç boyu Almaniyaya daha çox çətinlik yaradacağımıza inamımız yox idi .

Almanlar hazır vəziyyətdə idilər və biz oyuna nəzarət edə bilmirdik. Amma biz ambisiya nümayiş etdirdik. Komandanın matça münasibəti, qələbə ardınca getmək istəyi xoşuma gəldi.

Son oyunda biz Yaponiyaya qalib gələrək qrupdan lider kimi çıxacağıq. Biz gördüyümüz işdən tam əminik”.

İspaniya hazırda E qrupunda 4 xalla 1-cidir. Yaponiya 3 xalla 2-ci. Kosta Rika eyni xalla 3-cü, cəmi 1 xalı olan Almaniya isə sonuncudur.

İspaniya 3-cü turda dekabrın 1-i Yaponiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”