“Etmədiyimiz səhvə yol verdik - Oyunu yekun nəticədən daha çox bəyəndim"

28 Noyabr 2022 18:20 İspaniya 294
“Etmədiyimiz səhvə yol verdik - Oyunu yekun nəticədən daha çox bəyəndim"

İspaniya millisinin baş məşqçisi Luis Enrike komandasının DÇ-2022-nin ikinci turunda Almaniya ilə 1:1 oynamasını şərh edib.

Sportinfo.az xəbər verir ki, “Marca”ya danışan ispaniyalı mütəxəssis komandasının nümayiş etdirdiyi oyunu bəyəndiyini söyləyib:

“Oyunu yekun nəticədən daha çox bəyəndim. Qələbə qazanmaq üçün üçün nə əskik idi? Oyunboyu inam sarıdan əziyyət çəkdik.

Rəqibə motivasiya verdik. Onlar da bizi qapıya sıxışdırdılar. Adətən etmədiyimiz səhvə yol verdik.

Səhvdən qaçmağa çalışırıq, amma futbolda onsuz da mümkün deyil. Bununla belə, qrupda lider olaraq qalırıq. Üçüncü oyundan sonra da bu mövqeyimizi qorumaq niyyətindəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!