Məşhur hücumçu hakimə barmağı ilə jest etdi, 3 oyunluq cəza aldı

17 Noyabr 2022 00:00 İspaniya 725
Məşhur hücumçu hakimə barmağı ilə jest etdi, 3 oyunluq cəza aldı

"Barselona"nın hücumçusu Robert Levandovski sərt cəzaya məruz qalıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin polşalı forvardı La Liqada qarşıdakı üç görüşdə komandasına kömək edə bilməyəcək.

Çempionatın 14-cü turunun "Osasuna" ilə matçında (2:1) ikinci sarı vərəqə alaraq meydandan qovulan

34 yaşlı futbolçu 3 oyunluq cəzalandırılıb. Buna səbəb təcrübəli qolçunun hakimə barmağı ilə jest etməsi olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular