"Barselona" müqaviləsini artırmaq istəyir – Fransız hücumçunun

16 Noyabr 2022 18:40 İspaniya 299
"Barselona" müqaviləsini artırmaq istəyir – Fransız hücumçunun

"Barselona"nın prezidenti Xuan Laporta Usman Dembele ilə müqavilə müddətini uzatmaq istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, hücumçunun ötən yay kataloniyalılarla müqavilə müddəti başa çatsa da, klubla yeni müqavilə imzalamışdı.

Hazırda fransalı vingerin müqaviləsi 2024-cü ilin yayına kimidir.

Laporta Dembelenin komandada qalıb-qalmaması haqda bu cür danışıb:

"Usman komandada xoşbəxtdir və motivasiyası da yüksəkdir. Müqaviləni yeniləmək barədə danışmağa vaxtımız olacaq".

​25 yaşlı futbolçu 2017-ci ildə “Borussiya”dan (Dortmund) “Barselona”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti