"Real" 16 yaşlı futbolçu transfer edir - Qiyməti 60 milyon avrodur

15 Noyabr 2022 01:30 İspaniya 733
"Real" 16 yaşlı futbolçu transfer edir - Qiyməti 60 milyon avrodur

"Real" qışda heyətini argentinalı futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az əbər verir ki, Madrid klubu "Veles Sarsfild"in futbolçusu Canluka Prestianninin transferi üçün qarşı tərəflə danışıqlara başlayıb.

16 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 60 milyon avrodur. Onun xidmətində Avropanın bir çox iddialı klubları maraqlıdır.

2006-cı il təvəllüd vinger “Veles Sarsfild” yetirməsidir və bu komandanın heyətində artıq iki oyun keçirib.

Argentina klubu qışda futbolçusunu "Real"a satmağa razı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR