"Heç kimin anası ilə..."

14 Noyabr 2022 02:50 İspaniya 1 274
"Heç kimin anası ilə..."

Bir neçə gün öncə aktiv futbolçu karyerasını bitirdiyini açıqlayan "Barselona"nın ulduzu Jerar Pike haqqında danışılan söz-söhbətlərə münasibətini bildirib.

Sportinfo.az xəbər verir ki, karyerasında sonuncu olan "Osasuna" ilə matçda hakimin qərarlarına etiraz etdiyinə görə qırmızı vərəqə cəzasına məruz qalan müafiəçinin həmin vaxt söyüş söydüyü iddia edilirdi.

Ancaq 35 yaşlı oyunçu deyilənləri təkzib edib. O, "Kamp Nou"dakı qarşılşamda karyerasını qalmaqallı şəkildə bitirməsi ilə bağlı "Tvitç"ə açıqlama verib.

Pike "17 yaşımdan bəri müsahibələr verirəm. Artıq sərbəstəm və hər şeyi açıqlaya bilərəm. Mən heç kimin anası ilə yatmamışam.

Necə olduğunu deyəcəm və bunun gündəmdə qaldığının fərqindəyəm. Fasilədə hakim "Barselona"ya qarşı çox pis qərarlar verdi.

Robertə göstərilən ilk sarı vərəqə, korner və ardından Markos Alonsoya qarşı fol qərarı səhv idi. Künc zərbəsi qeydə aldığı zaman top heç kimin yanından belə keçmədi.

Tunelə girdik və ona hər zaman bizə zərər verdiyini söylədim. Sadəcə, bu səbəbdən mənə qırmızı vərəqə göstərdi.

Bu məni təəccübləndirdi, ən kiçik bir şeyə görə qırmızı vərəqə göstərdilər, başqa heç nə demədim. Premyer Liqada futbolçuların hakimlərlə danışmasına icazə verirlər.

Meydandan qovulandan sonra paltardəyişmə otağına girəndə bəzi komanda yoldaşlarımın çox qəzəbli olduğunu gördüm. Otaqda hakimin anasını söyən biri vardı.

Hakim bunları eşitdi və həmin sözləri mənim dediyimi zənn etdi. Protokolda nə yazılır-yazılsın, mən onsuz da xaric edilmişəm.

Mən, sadəcə, "hər zamankı kimisən" dediyim üçün meydandan qovuldum. Karyeramı bitirməyimə baxmayaraq məni, 6 və ya 8 oyunluq cəzalandırmaq üçün bunu etdilər" - deyib.

İspaniya millisinin formasında 102 rəsmi matça çıxan Pike komandası ilə birlikdə dünya və Avropa çempionatının qalibi olub.

"Barselona"da isə 616 oyunda forma geyinən müdafiəçi peşəkar karyerası ərzində 8 dəfə La Liqa çempionluğunu qazanıb, üç dəfə Çempionlar Liqasının qalibi olub.

"Osasuna" - "Barselona" qarşılaşması katalon klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti