"O, həmişə konkret göstərişlər verir ki..." - Pedri Luis Enrikedə ən çox nəyi bəyənir?

14 Noyabr 2022 01:40 İspaniya 272
"O, həmişə konkret göstərişlər verir ki..." - Pedri Luis Enrikedə ən çox nəyi bəyənir?

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri yığmanın baş məşqçisi Luis Enrike ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, baş məşqçinin konkret fikirlər söylədiyini xüsusilə vurğulayıb:

“Luis Enrikedə ən çox nəyi bəyənirəm? O, sənə özünü uçurumdan atmağı söyləyə bilər, amma bunu inandırıcı şəkildə deyir.

O, həmişə konkret göstərişlər verir ki, biz nə etməli olduğumuzu bilək.

Bir oyunçu ilə uzun danışıqlar etsəz, o, səhv edə bilər və ya sadəcə, səhv başa düşərək, başqa bir şey haqqında düşünə bilər. Enrike bizə konkret olaraq nə edəcəyimizi deyir”.

Enrikenin rəhbərliyi altında İspaniya millisi DÇ-2022-də Almaniya, Yaponiya və Kosta-Rika ilə eyni qrupda çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti