"Mançester Siti"nin sabiq futbolçusunu istəyir - "Barselona"

13 Noyabr 2022 21:40 İspaniya 479
"Mançester Siti"nin sabiq futbolçusunu istəyir -

"Barselona" "Jirona"nın yarımmüdafiəçisi Aleyks Qarsiya Serrano ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubunda ona Serxio Busketsin əvəzləyicisi kimi baxırlar.

Qarsiyanın hazırkı klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

“Barsa” 25 yaşlı yarımmüdafiəçi üçün transfer məbləği ödəmək istəmir.

“Vilyarreal” yetirməsi olan Aleyks Serrano “Mançester Siti”, “Muskron”, “Dinamo”(Buxarest), “Eybar”da oynadıqdan sonra 2021-ci ildə “Jirona”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti