“Burada oynayacağımı ağlıma belə gətirməzdim, mən çox xoşbəxtəm”

13 Noyabr 2022 00:20 İspaniya 363
“Burada oynayacağımı ağlıma belə gətirməzdim, mən çox xoşbəxtəm”

"Barselona"nın müdafiəçisi Yordi Alba 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün İspaniya yığmasına çağırıldıqdan sonra hisslərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu mundialla bağlı düşüncələrini bildirib.

O, Qətərdə uğurlu nəticə qazanacaqlarına inandığını dilə gətirib:

"Dünya çempionatı üçün açıqlanan heyətdə yer aldığım üçün çox şadam. Karyeramda üçüncü dünya çempionatında oynayacağıma inanmaq çətindi.

Veteranlar və gənclədən ibarət yaxşı komandamız var. Əminəm ki, hər şey yaxşı olacaq.

Peşəkar futbolçu olmaq arzusunda olduğum üçün dünya çempionatında, xüsusən sayca üçüncü mundialda oynayacağımı ağlıma belə gətirməzdim.

Mən çox xoşbəxtəm. Ümid edirəm ki, bu il kuboku qazanacağıq.

vropa Liqası və dünya çempionatı istisna olmaqla, bütün mümkün titulları qazanmaq mənə qismət olub. Ümid edirəm ki, bu il bunu düzəldə biləcək”.

33 yaşlı futbolçu İspaniya yığmasının heyətində 2014 və 2018-ci il dünya çempionatlarında, həmçinin 2012, 2016 və 2020-ci illərdə Avropa çempionatlarında çıxış edib.

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ispanlar Almaniya, Kosta-Rika və Yaponiya ilə eyni qrupda çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti