“Mən qorxmuram, özümlə fəxr edirəm” – Yeni “Barselona”lı

21 Sentyabr 2022 00:10 İspaniya 471
“Mən qorxmuram, özümlə fəxr edirəm” – Yeni “Barselona”lı

"Barselona"nın hücumçusu Robert Levandovski Kataloniya klubuna keçidinin ona verdiyi dəyişikliklərdən danışıb.

Sportinfo.az xəbər verir ki, polaşlı futbolçu Bild-ə açıqlamasında deyib:

“Barselona”ya keçmək mənə təkan verdi. Bu, mənim özümə hörmətimi artırdı.

Bilirdim ki, matçların nəticələrində həlledici rol oynamalıyam. Mən bu roldan qorxmuram. Özümlə fəxr edirəm.

Gənc oyunçular yaxşı məlumatlıdırlar, danışmağa hazırdırlar və sual verməkdən çəkinmirlər. Mən öz bilik və təcrübəmi onlara ötürürəm".

34 yaşlı oyunçu 2022-ci ilin iyulunda "Bavariya"dan "Barselona"ya keçib. Polşalı futbolçu yeni komandasında 8 matçda 11 qol vurub və 2 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi