"Barselona"dan eşidiyi söz xoşuna gəlmədi, qayıtmaq istəmədi

24 İyun 2022 12:20 İspaniya 897
"Barselona"dan eşidiyi söz xoşuna gəlmədi, qayıtmaq istəmədi

"Barselona" bu yay mümkün transferlə bağlı Luis Suarezlə əlaqə saxlayıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu uruqvatlı hücumçunun "Atletiko"dan ayrılacağını öyrənən kimi onun geri dönüşünü müzakirə etmək üçün futbolçu ilə əlaqə saxlayıb.

Eyni zamanda, "Barselona" Suaresə onun klub üçün ehtiyat variant olduğunu bildirib. O

ndan avqusta qədər gözləməsini istəyiblər. Çünki klubun əsas məqsədi "Bavariya"nın hücumçusu Robert Levandovskini almaqdır.

Suarez təklifə görə keçmiş klubuna təşəkkür edib və təkliflə razılaşmayıb. O, "Sevilya", "Vilyarreal " və " River Pleyt"dən konkret təkliflər aldığını və avqusta qədər gözləmək istəmədiyini deyib.

35 yaşlı forvard ötən mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR