“Barselona”nın “Kamp Nou” stadionunun yenidən qurulmasına start verir.
Sportinfo.az xəbər verir ki, stadionun yenidən qurulması bu yay başlayacaq.
Kataloniyalılar gələn mövsümü “Kamp Nou”da keçirəcək.
“Barselona”nın prezidenti Xuan Laporta mətbuat konfransında bildirib ki, komanda 2023/24 mövsümünün ev matçlarını “Lluis Companys” Olimpiya Stadionunda keçirəcək.
Məcburi yerdəyişmə səbəbindən “Barselona”nın ev matçlarına gedəcək azarkeşlərin sayı demək olar ki, iki dəfə azalacaq. “Kamp Nou”nun tutumu 98 min, Olimpiya Stadionunun tutumu isə 55 mindir.

