"Real" Kərimə yeni müqavilə təklif edəcək

19 İyun 2022 10:20 İspaniya 722
"Real" Kərimə yeni müqavilə təklif edəcək

“Real”ın hücumçusu Kərim Benzema tezliklə Madrid klubu ilə müqaviləsini uzadacaq.

Sportinfo.az xəbər verir ki, fransalı forvard klubla 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə bağlayacaq.

Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

34 yaşlı hücumçu ötən mövsüm “Real”la La Liqanın və Çempionlar Liqasının bombardiri olub. O, hazırda “qızıl top”un əsas favoritidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti