"Barselona"nın müdafiəçisini icarə əsasında heyətinə qatmaq istəyir

19 İyun 2022 00:10 İspaniya 619
"Barselona"nın müdafiəçisini icarə əsasında heyətinə qatmaq istəyir

"Barselona"nın müdafiəçisi Kleman Lanqle yeni mövsümdən Liqa 1-də çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, "Marsel" 27 yaşlı oyunçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Kataloniya klubunun gələcək planlarında yer almayan müdafiəçi özü də daha çox oynayacağı bir kluba getmək istəyir.

Kleman Lanqle 2018-ci ildən "Barsa"da çıxış edir. Fransa yığmasının üzvünün klubla sözləşməsi 2026-cı ildə başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR