"Yeni müqavilə ilə bağlı məsələ başa çatmaq ərəfəsindədir"

17 İyun 2022 10:00 İspaniya 719
"Yeni müqavilə ilə bağlı məsələ başa çatmaq ərəfəsindədir"

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Qavinin yeni müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.

Sportinfo.az xəbər verir ki, Laporta bunları deyib:

“Qavinin yeni müqaviləsi ilə bağlı məsələ başa çatmaq ərəfəsindədir – biz son mərhələdəyik”.

Daha əvvəl bildirilirdi ki, Kataloniya klubu 17 yaşlı ispaniyalıya 2027-ci ilə qədər müqavilə təklif edir. Bura 1 milyard avroluq sərbəstqalma maddəsi də daxildir.

Qavi 2021-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR