"Barselona" ilə anlaşdı - 2028-ci ilə qədər müqavilə imzalayacaq

16 İyun 2022 18:20 İspaniya 725
"Barselona" ilə anlaşdı - 2028-ci ilə qədər müqavilə imzalayacaq

"Barselona" yarımmüdafiəçisi Qavi ilə yeni müqavilə imzalamağa yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Kataloniya klubunun nümayəndələri ilə futbolçunun meneceri İvan de la Penya arasında bugünkü görüş uğurlu alınıb. Tərəflər artıq razılaşıblar.

İspan futbolçu "Barselona" ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq. Müqaviləyə 1 milyard avroluq təzminat maddəsi daxildir.

17 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Brselona"nın heyətində 46 oyunda 2 qol vurub və 5 qolun ötürməsini verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR