"Barselona"nın futbolçusu Dani Alveş bu ayın sonunda klubu tərk edəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə 39 yaşlı müdafiəçi özünün "İnstaqram" hesabında yazıb.
Braziliyalı oyunçu klub rəhbərliyinin onunla 2022-ci il iyunun 30-da başa çatan müqaviləni uzatmaq istəmədiyini bildirib.
2008-2016-cı illərdə Kataloniya təmsilçisində çıxış edən Alveş 2021-ci ilin noyabrında yenidən "Barselona"ya qayıtmışdı.

