“Mən heç nə deyə bilmərəm" - Kataloniya çimərliklərini soyuq Mançesterə dəyişəcək?

13 İyun 2022 12:20 İspaniya 817
“Mən heç nə deyə bilmərəm" - Kataloniya çimərliklərini soyuq Mançesterə dəyişəcək?

Bu yay “Barselona”nı “Mançester Yunayted”ə dəyişəcəyi gözlənilən Frenki de Yonq gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, UEFA Millətlər Liqasında Polşa ilə oyundan (2:2) sonra niderlandlı futbolçudan Kataloniya çimərliklərini tərk edərək, soyuq Mançesterə gedib-getməyəcəyi soruşulub.

De Yonq bu suala gülərək, qısa cavab verib: “Mən heç nə deyə bilmərəm (gülür)”.

Daha əvvəl “Mançester Yunayted”in Frenki de Yonq üçün “Barselona”ya 60+20 milyon avro təklif etdiyi barədə məlumat yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR