"Real" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi "Monako"nün yarımmüdafiəçisi Aurelien Çuamenini transfer edib.
Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə 2028-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb. "Real" Fransa millisinin üzvü üçün qarşı tərəfə 80 milyon avro + 20 milyon avro bonuslar ödəyəcək.
Aurelien Çuameni "Monako"ya 2020-ci ilin yayında "Bordo"dan transfer olunub.
O, "knyazlıq" təmsilçisinin heyətində başa çatan mövsümdə meydana çıxdığı 50 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

