Məşhur forvard hazırki klubunda qalacaq

9 İyun 2022 01:40 İspaniya 812
Məşhur forvard hazırki klubunda qalacaq

"Rayo Valyekano" Radamel Falkaonu gələn mövsüm üçün də komandada saxlayacaq.

Sportinfo.az xəbər verir ki, rəhbərlik kolumbiyalı hücumçu ilə müqavilə müddətini uzadacaq.

Təcrübəli hücumçu müqaviləyə əsasən daha 1 il hazırki klubunun formasını geyinəcək.

Falkao 2021-ci ildə “Rayo Valyekano”ya keçib. 36 yaşlı kolumbiyalı ötən mövsüm La Liqada 22 matçda forma geyinib və 6 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR