"Real"da yeni müqavilə imzalanıb.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi yarımmüdafiəçi Luka Modriçlə nikah təzələyib.
Xorvatiyalı futbolçunun yeni sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb.
Luka Modriç "Real"a 2012-ci ilin yayında "Tottenhem"dən transfer olunub.
36 yaşlı futbolçu başa çatan mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 45 matçda 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

