Klub prezidenti təklif etdi - 10 milyon avrodan çox qazanmaq olmaz!

7 İyun 2022 15:20 İspaniya 979
Klub prezidenti təklif etdi - 10 milyon avrodan çox qazanmaq olmaz!

“Barselona” oyunçuları üçün maaş limiti tətbiq etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Barselona”nın prezidenti Xuan Laporta komandanın futbolçularının gəlirlərini məhdudlaşdırmağı təklif edib.

Laporta hesab edir ki, “Barselona”nın oyunçuları ildə 10 milyon avrodan çox qazanmamalıdırlar.

Xəbərdə həmçinin vurğulanır ki, “Bayern”in polşalı hücumçusu Robert Levandovski Kataloniya klubuna keçsə, ildə 9 milyon avro qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR