“Barselona”nın baş məşqçisi Xavi klub rəhbərliyinə komandada görmək istədiyi futbolçuların siyahısını təqdim edib.
Sportinfo.az xəbər verir ki, siyahıda səkkiz futbolçu yer alıb.
Xavi rəhbərlikdən “Milan”dan yarımmüdafiəçilər – Frank Kessye, “Mançester Siti”dən Bernardo Silva və “Lids”dən Rapinyanı, “Çelsi”dən müdafiəçilər – Andreas Kristensen, Sezar Aspilikueta, Markos Alonso və “Sevilya”dan Jül Kunde, eləcə də “Bayern”dən hücumçu Robert Levandovskinin alınmasını istəyir.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” artıq Kessye və Kristensenlə anlaşıb.

