La Liqanın ən bahalı oyunçusu seçildi - “Real”ın hücumçusu

4 İyun 2022 22:00 İspaniya 790
La Liqanın ən bahalı oyunçusu seçildi - “Real”ın hücumçusu

“Real”ın hücumçusu Vinisius Junior La Liqanın ən bahalı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “transfermarkt” statistik platforması məlumat yayıb.

Platformanın yenilənmiş siyahısında gənc braziliyalının transfer dəyəri 100 milyon avroya çatıb.

“Barselona”nın yarımmüdafiəçisi Pedri isə 80 milyon avroluq transfer qiyməti ilə ikinci yerdədir.

İlk üçlüyü “Real”ın yarımmüdafiəçisi Federiko Valverde və “Atletiko”nun hücumçusu Joao Feliks tamamlayır. Bu iki futbolçunun qiyməti də 80 milyon avrodur.

Vinisiuslu “Real” son mövsümdə İspaniya çempionu olmaqla yanaşı, UEFA Çempionlar Liqasının da qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR