"Mən yenə burada“qalacam, hələ də işimi başa çatdırmaqdan çox uzağam"

3 İyun 2022 12:00 İspaniya 995
"Mən yenə burada“qalacam, hələ də işimi başa çatdırmaqdan çox uzağam"

“Real”ın yarımmüdafiəçisi Eden Hazard PSJ-nin hücumçusu Kilian Mbappenin İspaniya klubuna keçməməsindən məmnun olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, belçikalı “Real”da daha çox oynamaq üçün mübarizə aparacağını deyib:

“Kilianla ilk 11-liyə düşmək üçün mübarizə aparmaq çətin olardı, bu, dəqiqdir. Mən yenə də “Real”da qalacam.

Əminəm ki, indi ən yaxşı səviyyəmə qayıtmaq və meydanda kifayət qədər oyun vaxtı əldə etmək imkanım var. Mən hələ də işimi başa çatdırmaqdan çox uzağam”.

Hazard bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 23 oyun keçirib, bir qol vurub, iki məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR