Sportinfo.az xəbər verir ki, İspaniya millisinin baş məşqçisi Luis Enrike yığmanın və “Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets haqda fikirlərini bölüşüb.
Enrikenin fikrincə, 33 yaşlı ispan futbolçu tez-tez haqsız tənqidlərə məruz qalır:
“Buskets müstəsna oyunçudur. Çox vaxt onu haqsız tənqid edirlər, çünki üzünüz uzun müddət görünəndə sizdən bezirlər.
İstəyirəm ki, Serxio İspaniya millisinin lideri olmağa davam etsin. Buskets istədiyi qədər oynaya bilər. B
u, çox, çox vacibdir. Mən ona daha çox istirahət verərdim, amma komandanın xeyrinə bunu edə bilmirəm”.
Buskets ötən mövsüm “Barselona”nın heyətində 50 oyuna çıxıb və 3 qol vurub. Yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

