"Barselona" bu yay transferlərə 700 milyon avro xərcləyəcək

2 İyun 2022 12:20 İspaniya 774
"Barselona" bu yay transferlərə 700 milyon avro xərcləyəcək

“Barselona” bu yay transferlərə 700 milyon avro xərcləmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Kataloniyalılar La Liqadan gələcək televiziya hüquqlarından əldə edəcəkləri gəlir hesabına vəsait əldə etmək istəyirlər. 25 faiz payın satışı 500 milyon avroya qədər gəlir gətirəcək.

Klub lisenziyalaşdırma və merçendayzinq sahəsində payın satışından (49,9 faizə qədər) daha 200 milyon gəlir əldə etməyi planlaşdırır.

Kataloniyalılar bu məsələləri müzakirə etmək üçün iyunun 16-da təcili toplantı keçirəcəklər.

Hazırda “Barselona”nın xərcləmə limiti mənfi 144 milyon avrodur. Bu, İspaniya çempionatında yeganə mənfi göstəricidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR