Premyer Liqa nəhəngləri maraqlanır - "Barselona"nın müdafiəçisi ilə

31 May 2022 22:00 İspaniya 569
Premyer Liqa nəhəngləri maraqlanır -

"Barselona"nın futbolçusu Kleman Lanqle komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, fransız müdafiəçi ilə "Arsenal", "Tottenham" və "Nyukasl" maraqlanır.

Lanqle Kataloniya klubunda az oyun keçirməsindən narazıdır.

Futbolçu 2018-ci ildə "Sevilya"dan "Barselona"ya transfer olunmuşdu.

Geridə qalan mövsümdə İspaniya təmsilçisində bütün turnirlər nəzərə alınmaqla 27 oyuna çıxan Fransa millisinin üzvü 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR