Qərarını verdi: “Gələn mövsüm burada görüşənədək”

30 May 2022 22:00 İspaniya 618
Qərarını verdi: “Gələn mövsüm burada görüşənədək”

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı ulduz qarşıdakı mövsümdə də “kral klubu”nda olacağını bildirib:

“Bəli! Gələn mövsüm burada görüşənədək”.

Daha əvvəl 36 yaşlı xorvatla “Real” arasında müqavilənin uzadılması ilə bağlı şifahi razılığın iki ay əvvəl əldə edildiyi, hazırda lazımi sənədlərin imzalandığı bildirilirdi.

Müqavilə 2022/23 mövsümünün sonuna qədər qüvvədədir.

Modriç ötən mövsüm “Real”ın heyətində 45 oyunda 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR