“Vilyarreal”ın müdafiəçisi Pau Torres klubdan ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sportinfo.az xəbər verir ki, Torres “Vilyarreal”da rahat olduğunu bildirib:
“Etibarlı müqavilə ilə olmaq istədiyim yerdə olmaqdan rahatam. “Vilyarreal”da son iki mövsüm çox yaxşı keçdi,
Avropanın ən yaxşı klubları ilə mübarizə apardıq. Bunu doğma şəhərinizin klubunun bir hissəsi kimi etdiyiniz zaman, bu, ikiqat daha yaxşıdır”.
Daha əvvəl 25 yaşlı ispaniyalı futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti”nin maraqlandığı bildirilirdi. Torresin “Vilyarreal”la müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
O, bu mövsüm “sarı sualtı qayığ”ın heyətində 47 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

