"Biz Messi və Ronaldo olmadan 900 milyon avro qazandıq"

29 May 2022 12:00 İspaniya 1 062
"Biz Messi və Ronaldo olmadan 900 milyon avro qazandıq"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas turnirin inkişafı ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, La Liqanın gəlirini Fransa Liqa 1-in gəliri ilə müqayisə edib:

“La Liqanın inkişafı üçün təkcə futbolçularla və ya klublarla deyil, həm də, başqa şeylərlə məşğul olmaq lazımdır.

Lionel Messi ilə Liqa 1 beynəlxalq televiziya hüquqlarından 70 milyon avro qazandı. Bizim La Liqa isə Messi və Kriştiano Ronaldo olmadan 900 milyon avro qazandı.”

Lionel Messi 2021-ci ildə “Barselona”dan PSJ-yə keçib. 34 yaşlı argentinalı 2021/22 mövsümündə parislilərin heyətində 34 matçda 11 qol vurub və 14 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR