“Barselona” Erlinq Holandın transferindən imtina edə bilər.
Sportinfo.az xəbər verir ki, belə qənaəti "Barselona"nın iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeunun mətbuata verdiyi açıqlama formalaşdırır.
O, futbolçunun qiymətinin büdcələrinə uyğun gəlmədiyini bildirib:
“Barselona” üçün qeyri-mümkün heç nə yoxdur, amma etiraf edim ki, bu transferi reallaşdırmaq çətindir. Holand dünya bazarında ən çox arzulanan beş futbolçudan biridir.
Onun üçün mübarizə aparan müxtəlif klublar var - bəzilərinin daha sağlam iqtisadi vəziyyəti var, digərləri, sadəcə bizimlə eyni qaydalarla oynamır.
Bəzilərinin isə işlərini asanlaşdıran müəyyən imtiyazları var. Bu, məndən asılı deyil, amma söhbət hazırda əlimizdə olmayan məbləğdən gedir”.

