"Barselona" İsveçin “Spotify” yayım xidməti ilə sponsorluq müqaviləsi imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klub saytı yayıb.
Müqavilənin şərtlərinə əsasən, “Spotify” növbəti 4 mövsüm Kataloniya klubunun titul sponsoru olacaq.
Əməkdaşlıq çərçivəsində “Barselona”nın stadionunun adı da dəyişdirilərək “Camp Nou Spotify” olacaq.
Klubun mətbuatı xidmətinin yaydığı açıqlamada bildirilir ki, bu əməkdaşlıq yeni platforma yaratmağa xidmət edəcək.

