"Məni necə qovdu? Elə təyyarədə" – ŞİKAYƏT ETDİ

17 Mart 2022 12:00 İspaniya 612
"Məni necə qovdu? Elə təyyarədə" – ŞİKAYƏT ETDİ

"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman klubdan qovulmasından necə xəbər tutduğu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Kuman təyyarədə olarkən ona qovulduğu haqda məlumat verilib.

O, “Barsa”nın prezidenti Xuan Laportanı qeyri-səmimilikdə ittiham edib:

“Xuan Laporta məni necə qovdu? Elə təyyarədə. Futbolçuların da bizə yaxın, arxamızda olması məni incitdi. Onlar nə baş verdiyini eşitdilər.

Laporta həmişə deyirdi ki, mən "Barselona"nın əfsanəsiyəm. Bilirsiz, sözlərinizi əməlinizlə təsdiqləməlisiz. Amma Laporta qeyri-səmimi oldu”.

Ronald Kuman 2021-ci ilin 28 oktyabrında “Rayo Valyekano”ya məğlubiyyətdən (0:1) sonra istefaya göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR