"Çempion olmaq çox çətindir, nikbin ola bilmərik"

15 Mart 2022 00:00 İspaniya 975
"Çempion olmaq çox çətindir, nikbin ola bilmərik"

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 28-ci turunda “Osasuna”nı məğlub etdikləri oyundan sonra (4:0) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Xavi, oyunda iki məhsuldar ötürmə verən Osman Dembele və “Real”la qarşıdakı matç barədə də danışıb:

- Biz intensivliyi, topun hərəkətini artırmışıq. Belə oynasaq, istənilən klubla rəqabət apara bilərik. Komandada rəqabətin olması yaxşıdır. İndi daha geniş heyətə sahibik.

- Dembelenin oyunundan razısız?

- Dembele bu cür çıxış edəndə azarkeşlərimiz sevinir. O, “Barselona” üçün döyüşür və insanlar bunu görür.

- Martın 20-də səfərdə “Real”la qarşılaşacaqsız…

- “Santyaqo Bernabeu”da qalib gəlsək belə, La Liqada çempion olmaq çox çətin olacaq. Çox da nikbin ola bilmərik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR